Azərbaycanlı məşhur Türkiyədə sevgili tapıb və yenə ərə gedir

© Sputnik / Kemale AliyevaМодель Гюнай Мусаева
Модель Гюнай Мусаева - Sputnik Azərbaycan
Abunə olmaq
Həmkarlarınını qısqanclıqlarına və pisliklərinə baxmayaraq, Günay Musayeva Türkiyədə irəli getməkdədir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 17 iyul — Sputnik. Türkiyədə yaşayan məşhur azərbaycanlı model Günay Musayeva oğlu Cahangirlə birlikdə Bakıya gəlib. Onun gəlişinin məqsədi dincəlmək və bir sıra yerli layihələrdə iştirak etməkdir. Model özünün yaxın planları ilə bağlı Sputnik Azərbaycan-a müsahibə verib.

- Günay, sizi Bakıda tutmaq çox çətindir. Vətənə niyə belə nadir hallarda gəlizsiz?

- İldə üç, yaxud dörd dəfə bura gəlirəm, amma heç kəsə xəbər vermirəm. Burada çox sayda yaxın adamlarım yaşayır və onları ziyarət etməyi özümə borc bilirəm. Bundan əlavə, vətənim üçün çox darıxıram. Hər dəfə gəlirəm və Bakını tanımaqda çətinlik çəkirəm. O, getdikcə daha da gözəlləşir. Mənim bütün dost-tanışlarım, hansı ki, aralarında məşhur ulduzlar da var, məndən onları da bura gətirməyimi xahiş edirlər.

- Siz uzun illər əvvəl Türkiyəyə getmisiz ki, model karyeranızı davam etdirəsiz. Hazırda sizin adınız Türkiyənin ən yaxşı modelləri arasında çəkilir. Bu müvəffəqiyyətə necə nail olmusuz?

- Çətinliklərim çox olub, amma bu, bütün işlərdə olur. Artıq 15 ildir Türkiyədə işləyirəm və xoşbəxtəm ki, belə bir uğura imza atmışam. Çoxları mənim yerimdə olmağı arzulayır. Onlar bunun üçün çoxlu pul xərcləyirlər, amma istəklərinə çata bilmirlər.

Bütün günü gündəmdə olmaq istəyən adamlardan deyiləm. Bütün bunlar mənim üçün maraqsızdır. Mənim üçün vacib olan öz işimi görməkdir və namuslu əməklə pul qazanmaqdır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Gunay Musayeva (@musayeva__gunay)

- Türkiyədə çox böyük rəqabət var. Türk modellər sizi küncə sıxışdırmır ki?

- Bəli, Türkiyədə çox böyük rəqabət var. Bir çox modellər məni qısqanırlar, pislik edirlər, problemlər yaratmağa çalışırlar. Nümayişlərdə mənimlə birlikdə məşhur modellər iştirak edir, amma onlar mənim aldığım qonorarın cəmi yarısını, ya da üçdə birini alırlar. Bununla yanaşı, mən tez-tez nümayişlərdə dizaynerlərin baş modeli kimi çıxış edirəm. Modelyerlər özləri məni seçirlər. Bütün bunlar isə mənim həmkarlarımı qıcıqlandırır. Mənsə heç kəsi qısqanmıram. Əgər sən öz işində əlasansa, səni heç nə narahat etməməlidir.

- Siz artıq uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı dizayner Rüfət İsmayılla əməkdaşlıq edirsiz...

- Bəli, biz artıq Rüfətlə uzun illərdir dostluq edirik. O, bu sənətdə mənim birgə işlədiyim yeganə azərbaycanlıdır. Mən onun uğurları ilə fəxr edirəm. İndi onun hazırladığı geyimləri dünyanın məşhur ulduzları, Beyonse, Cenifer Lopes və başqaları geyinir. O, təkcə özünü deyil, Azərbaycanı da şöhrətləndirir. Bizim əməkdaşlığımız davam edir. İrəlidə onunla birgə çoxlu planlarımız var.

- Siz Rüfət İsmayılın Nyu-Yorkda keçirilən moda həftəsindəki nümayişlərində iştirak etmisiz. Sizə Amerikadan əməkdaşlıqla bağlı təkliflər gəlibmi?

-Bəli, sentyabrda yenidən ora getməyə hazırlaşıram. Rüfət də mənimlə birlikdə gedəcək.

Посмотреть эту публикацию в Instagram

Публикация от Gunay Musayeva (@musayeva__gunay)

- Türkiyədə modellərin əksəriyyəti aktrisa kimi də çıxış edir. Bəs sizə türk rejissorlardan təklif gəlib?

- Çox gəlib. Bu günlərdə məni iki filmə çəkilməyə dəvət ediblər. Onlardan biri ən reytinqli türk seriallarından olan "Arka sokaklar"dır. Hələlik bütün təklifləri dəyərləndirirəm. Amma filmlərin çəkilişinə çox vaxt gedir. Həftənin altı günü çəkiliş meydançasında olmalısan. Mənimsə heç idmanla məşğul olmağa vaxtım qalmır. Bundan əlavə, mənim yeddi yaşlı oğlum var ki, ona da diqqət ayırmaq lazımdır. O, şeir əzbərləməyi çox sevir və artıq iki ildir ki, pianino dərslərinə gedir. İnanıram ki, gələcəkdə yaradıcı insan olacaq.

- Bizə məlum olduğuna görə, siz Türkiyədə 34 kq çəkisi olan yeganə modelsiz. Çəkinizi saxlamağa necə nail olursuz?

- Həftədə beş gün idman zalına gedirəm, həmçinin kikboksinqlə məşğul oluram və az yeyirəm. Modellər çoxdur, ona görə də formanı saxlamaq lazımdır.

- Türkiyə KİV-ləri tez-tez sizin şəxsi həyatınızdan yazır. Bu sizi narahat etmir?

- Onların yazdıqlarının hamısı şayiələrdən başqa bir şey deyil. Bütün bu xəbərlər məndə və sevdiyim insanlarda gülüş doğurur. Biz Taha ilə çox xoşbəxtik, bir-birimizi sevirik.

Посмотреть эту публикацию в Instagram

Публикация от Gunay Musayeva (@musayeva__gunay)

- Deməli, yenidən ailə qurmağı planlaşdırırsız?

- Bəli, bizim ciddi münasibətlərimiz var. Biz ailə qurmağı və xoşbəxt yaşamağı planlaşdırırıq. Mənim artıq 31 yaşım var. Hər bir qadına ailə qurmağı arzulayıram. Şadam ki, sevdiyim kişiyə rast gəlmişəm.

Günay Musayeva "Best Model of Azerbaijan - 2010"-un qalibi və "Best Model of the World - 2010"-un vitse-missidir. O, bu müsabiqələrdə qalib gələndən sonra yaşamaq üçün Türkiyəyə gedib və orada məşhur türk aktyor Tolqa Karellə ailə qurub. Lakin oğulları dünyaya gələndən sonra cütlük ayrılıb. Onlar ayrılsalar da, aralarındakı qalmaqallar bitib-tükənmək bilmir. Bu yaxınlarda Tolqa Karel hətta Günel Musayevanı onu bıçaqlamaqda və öldürmək istəməkdə günahlandırmışdı. Azərbaycanlı model müxtəlif ölkələrdə dünyanın məşhur dizaynerlərinin hazırladığı geyimləri nümayiş etdirir.

Xəbər lenti
0