Nazirlik Xatirə Ağamalıyevanın ailəsiylə bağlı tapşırıq verdi

© Sputnik / Shahperi AbbasovaŞəki Mərkəzi Rayon Xəstəxanası
Şəki Mərkəzi Rayon Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın ailəsinə yardım ediləcək

BAKI, 16 iyul — Sputnik. Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alaraq, dünyasını dəyişən Gəncə şəhəri 26 nömrəli məktəb-lisey kompleksinin müəllimi Xatirə Ağamalıyevanın ailəsinə yardım ediləcək.

Hirkan Milli Parkı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəki olayının ardı ilə: Qoruqların təhlükəsizliyi necə təmin olunur?

Sputnik Azərbaycan xəbər verir ki, Təhsil Nazirliyinin rəhbərliyi mərhumun ailəsinə yardım edilməsi ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinin rəhbərliyinə tapşırıq verib.

Qeyd edək ki, iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

Xəbər lenti
0