05:38 22 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
155

Türkiyə qazma fəaliyyətlərinə son verməsə, bəzi xüsusi sanksiyalar işə salınacaq

BAKI, 13 iyul — Sputnik. Avropa İttifaqı diplomatları Türkiyənin Aralıq dənizdəki qazma işlərinə cavab olaraq aralarında sanksiyaların da olduğu tədbirlər üzərində razılaşıb.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Türkiyənin Kipr sahillərində həyata keçirdiyi təbii qaz axtarış işlərinin qanunsuz olduğu deyilərək pislənib.

Türkiyəyə qarşı tədbirlər siyahısında həmçinin Avropa İttifaqının üzvlük öncəsi maliyyə dəstəyinin dayandırılması və Ankara ilə yüksək səviyyəli görüşlərin ləğvi də daxil edilib.

Hazırlanan layihədə deyilir ki, Türkiyə qazma fəaliyyətlərinə son verməsə, bəzi xüsusi sanksiyalar işə salınacaq.

Layihədə Avropa İttifaqı Komissiya və Xarici Əlaqələr Komitəsinin Türkiyəyə dəstəklərin azaldılması təklifini dəstəkləyəcəyi bildirilib.

Bundan başqa, layihədə Avropa Sərmayə Bankından Türkiyədəki kredit əməliyyatlarını nəzərdən keçirməsini istəyəcəyi bildirilib.

Qeyd edək ki, Türkiyənin "Fatih" kəşfiyyat-qazma gəmisi Aralıq dənizindəki "Finike-1" adlı sahədə əməliyyat aparır. Yunanıstan və Cənubi Kipr yunan rəhbərliyinin Kipr adasının su sahəsində Türkiyənin kəşfiyyat-qazma işləri aparmasına etiraz etməsi rəsmi Ankaranın ciddi müqavimətinə səbəb olub.

Türkiyə tərəfi əsaslandırır ki, Kiprin karbohidrogen ehtiyatlarından bəhrələnmək adanın türk və yunan icmalarının bərabər hüququdur. Bu hüquq beynəlxalq konvensiyalar əsasında müəyyən olunub.

Ötən günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aralıq dənizinin şərqindəki proseslərə toxunub: "Hazırda qazma gəmilərimiz kəşfiyyat və axtarış işləri ilə koordinasiyalı olaraq öz yol xəritəsi çərçivəsində prosesi davam etdirir. Bu barədə sağdan-soldan bəzi narahatedici səslər çıxa bilər, amma bu səslərin heç birinin bizi yolumuzdan döndərməyəcəyini daha əvvəl də söyləmişdik. Bu gün də eyni nöqtədəyəm, eyni şeyləri deyirəm".

Əsas mövzular