01:53 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır

BAKI, 13 iyul — Sputnik. İyulun 12-də saat 20.40-da DİN-in "102" Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər, vətəndaşların köməyi ilə S.Hənifəzadə və H.Hüseynov xilas edilərək sahilə çıxarılıblar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Teqlər:
FHN, balıqçı, Xəzər

Əsas mövzular