CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur klinikanın təsisçisi axtarışa verildi

Abunə olmaq
Ceyranlı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib

BAKI, 12 iyul — Sputnik. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda fəaliyyət göstərən "Lancet" klinikasının həmtəsisçisi Fərman Ceyranlını axtarışa verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

Qeyd edilib ki, Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub.

O, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Xatırladaq ki, keçən il Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı sahibkar və həkim, "Lancet" klinikasının təsisçisi Fərman Ceyranlını 6 il azadlıqdan məhrum edib. O, Gürcüstan CM-in 180 və 247-ci maddəsi (dələduzluq, insan həyatına və sağlamlığına təhlükə yaradan məlumatın gizlədilməsi) ilə təqsirli bilinib.

F. Ceyranlının vəkilləri məhkəmədə bildirib ki, F.Ceyranlı istintaqın təqdim etdiyi kimi, klinikanın direktoru yox, təsisçisidir. Həkimin hərəkətinə görə təsisçi məsuliyyət daşımır.

Xəbər lenti
0