17:20 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Zamiq Hüseynov

Zamiqin Paris sərgüzəştləri başlayıb

© Instagram / zamighuseynov
XƏBƏRLƏR
Qısa URL
188 0 0

Müğənni Fransanın paytaxtı Parisdən istirahət fotolarını öz hesabında paylaşıb

BAKI, 12 iyul — Sputnik. Müğənni Zamiq Hüseynov istirahətə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Fransanın paytaxtı Parisdən istirahət fotolarını öz Instagram hesabında paylaşıb. Sevgi və romantika şəhərinə vurğunluğunu gizlətməyən Zamiq fotolara bu fikirləri əlavə edib: "Bu şəhərdə çox olmuşam, nədənsə heç vaxt bəyənmirdim, amma bu dəfə, sözün əsl mənasında vuruldum. Səyahəti çox sevirəm, harada oluramsa, çalışıram ayaqla gəzim bütün şəhəri, küçələri, tarixi yerləri, nə qədər mümkündürsə, nə qədər çatdırıramsa. Çox ölkələr gəzirəm, baxıram, bəyəndiklərim var, bəyənmədiklərim var, amma mənim üçün dünyanın ən gözəl ölkəsi Azərbaycandı, ən gözəl şəhəri Bakımdır."

Посмотреть эту публикацию в Instagram

Публикация от Zamiq Huseynov (@zamighuseynov)

Qeyd edək ki, Zamiq Hüseynov 1983-cü ildə Füzuli şəhərində dünyaya gəlib. 2008-ci ildə çıxan "Sən necə də gözəlsən" mahnısı ilə populyarlıq qazanan Zamiq hal-hazırda Azərbaycanın ən populyar kişi müğənnilərindən biridir.

Əsas mövzular