Azərbaycanlı biznesmenin keçmiş sevgilisi olan rus balerina yenə bakılını seçdi

© Instagram / volochkova_artРоссийская балерина Анастасия Волочкова
Российская балерина Анастасия Волочкова - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı xoreoqraf Fərid Kazakov öz yetirmələri ilə birlikdə Rusiyanın əməkdar artisti Anastasiya Voloçkovanın tamaçasının premyerasında çıxışa hazırlaşır.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanlı rəqqas Fərid Kazakov Rusiyanın əməkdar artisti Anastasiya Voloçkovanın "Balerina v Zazerkalye Sirka" (Balerina Zazerkalye Sirkində) tamaşası üçün balet nömrəsi səhnələşdirəcək.

Kazakov Sputnik Azərbaycan-a bildirib ki, artıq tamaşanın məşqlərinə başlanılıb. Onun sözlərinə görə, klassik balet rəqs sənətinin ən çətin növüdür və ona görə də onunla məşğul olmağa uşaqlıqdan başlamaq lazımdır.

© © Предоставлено Фаридом КазаковымAzərbaycanlı rəqqas Fərid Kazakov və Rusiyanın əməkdar artisti Anastasiya Voloçkova
Azərbaycanlı biznesmenin keçmiş sevgilisi olan rus balerina yenə bakılını seçdi - Sputnik Azərbaycan
Azərbaycanlı rəqqas Fərid Kazakov və Rusiyanın əməkdar artisti Anastasiya Voloçkova

"Mən Xoreoqrafiya Akademiyasını balet artisti və xoreoqraf kimi bitirmişəm. Bu illər ərzində biz sözügedən sənətin incəliklərinə yiyələnmək üçün hər gün səhər saat 9-dan axşama qədər vaxtımızı təhsil müəssisəsində keçirirdik. Çox çətin idi. Təəssüf ki, peşəkar balet təkcə sizin səhnədə gördüyünüz xəfiflik, zəriflik və gözəllik deyil, bu, daha çox katorqa əməyidir. Bu yola çox adamlar çıxır, amma yalnız tək-tük adamlar onu axıra qədər gedir. Mən xoşbəxtəm ki, o, tək-tük adamlardan biriyəm və bu yüksək incəsənəti kütləyə çatdırmaq imkanım var" - Kazakov deyib.

Voloçkovanın tamaşasının premyerası iyulun ortalarında "Svetnoy bulvar"dakı "Mir" teatrında olacaq. Tamaşada Kazakovun baş məşqçisi olduğu "SanSara" Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının yetirmələri iştirak edəcək.

Fərid Kazakov məşhur Azərbaycan rəqqası, Bakı Xoreoqrafiya Akademiyasının məzunu, bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "SanSara" Beynəlxalq Gimnastika, Akrobatika və Rəqs Akademiyasının, eləcə də " Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisidir.

 Miss Moskva-2015 Oksana Voyevodina və həyat yoldaşı keçmiş Malayziya kralı V Məhəmməd Fəris - Sputnik Azərbaycan
Krala ərə gedən model özəl foto paylaşdı

Anastasiya Voloçkova Rusiyanın məşhur balerina və aktrisası, ictimai xadimidir. O, 2015-ci ildə I Avropa Oyunlarını izləmək üçün Bakıya gəlib və bura valeh olub. Voloçkova bahalı eskort xidmətləri göstərən məşhurlardandır. Onunla bir gecə keçirmək istəyən kişilər 15 min dollarından keçməlidirlər.

Xatırladaq ki, Voloçkova bir müddət əvvəl azərbaycanlı iş adamı Bəxtiyar Səlimovla eşq yaşayıb. Daha sonra cütlük ayrılıb. Səlimov Voloçkovanın ona məxsus olan külli miqdarda vəsaiti oğurladığını bildirib.

Balerina bu günlərdə "Bottle Cap Challenge" fleşmobuna qoşularaq yalnız ayaqlarından istifadə etməklə butulkanın qapağını açmaqla gündəmə gəlib.

Xəbər lenti
0