Yük maşını Rusiya səfirliyinin binasına çırpıldı

© AFP 2023 / ATTA KENAREİranda təcili tibbi yardım maşını, arxiv şəkli
İranda təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səfirlik əməkdaşları arasında xəsarət alan yoxdur

BAKI, 5 iyul — Sputnik. Tehranda yük maşını Rusiya səfirliyi binasının divarına çırpılıb.

Sputnik Azərbaycan xəbər verir ki, diplomatik missiya insidentin baş verdiyini RİA Novosti-yə təsdiqləyib.

Американский стратегический разведывательный БПЛА RQ-4 Global Hawk, архивное фото - Sputnik Azərbaycan
Vəziyyət gərginləşir: ABŞ dronu Rusiya sərhədi yaxınlığında

Yol nəqliyyat hadisəsindən sonra səfirlik əməkdaşlarının həyat və sağlamlığına, eləcə də xarici nümayəndəliyin təhlükəsizliyinə heç bir təhdid olmadığı bildirilir.

Bir qədər əvvəl İran mediası xəbər verib ki, beton daşıyan maşın Tehranda Rusiya səfirliyinin binasının divarına çırpılıb. Qəza nəticəsində avtomobilin çevrildiyi və başqa avtomobillərə dəydiyi bildirilir.

"Bu məlumatı təsdiqləyirik. Səfirlik əməkdaşları arasında xəsarət alan yoxdur. Yol nəqliyyat hadisəsi səhər yerli vaxtla saat 04:40-da baş verib", - səfirlikdən RİA Novosti-yə deyilib.

İlkin versiyaya görə, yol nəqliyyat hadisəsi yük maşınının əyləcində yaranmış problem nəticəsində baş verib.

Xəbər lenti
0