Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yenidən səhnədə - "Dəli yığıncağı" aləmi bir-birinə vurdu

© Azerbaijan State Academic Drama Theater"Dəli yığıncağı" tamaşası
Dəli yığıncağı tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
"Dəli yığıncağı" olub Rafael-Coşğunun "Bu şəhərdə"si. Şit-şit zarafatlar, əttökən rəqslər... bir sözlə, mütrüf-mütrüf hərəkətlər..."

BAKI, 1 iyul — Sputnik. Akademik Milli Dram Teatrında yeni hazırlanan "Dəli yığıncağı" tamaşası nümayiş olunub. 41 il sonra yeni "ab-hava"yla təqdim olunan tamaşa hər kəsin ürəyincə olmayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

© Azerbaijan State Academic Drama Theater"Dəli yığıncağı" tamaşası
Yenidən səhnədə - Dəli yığıncağı aləmi bir-birinə vurdu - Sputnik Azərbaycan
"Dəli yığıncağı" tamaşası

Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

Teatrın yeni yaradıcılıq əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib) və başqaları çıxış edirlər.

"Dəli yığıncağı" pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Gənc Tamaşaçılar Teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Yeni tamaşa hamını təəccübləndirəcək

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub.

Tamaşadan öncə akademik İsa Həbibbəylinin uzun-uzadı çıxışı müəyyən narazılığa səbəb olub. Belə ki, tanınmış telejurnalist İlhamiyyə Rza paylaşım edərək: "Gəlmişik, Allah qoysa, tamaşaya, amma orta məktəb ədəbiyyat dərsinə düşmüşük", - deyə bildirib. Xanım jurnalist etiraz əlaməti olaraq tamaşaya baxmaqdan imtina edərək oranı tərk edib.

İqtisadçı ekspert Qalib Toğrul da tamaşanı seyr edənlər arasında olub. Tamaşanı "ağ yuyub-qara sərən" ekspert öz facebook hesabında paylaşım edərək səhnə əsərini belə təhlil edib: "Rejissor tamaşada çox şeyi dəyişib, elə bununla da özünü və aktyorları gülünc vəziyyətə salıb. Nəticədə bəşəri tragikomediya ucuz məzhəkəyə çevrilib. Rejissorun bir neçə "yeniliyini" deyim, sizin də "tapıntılardan" xəbəriniz olsun. Hacıları müasir görkəmə soxan rejissor digər obrazların geyiminə əl gəzdirməyi "unudub", əcnəbi kişi doktoru "bir əməliyyatla" qadına çevirib, Farmasyon Rüstəmdən "Farmazon" qayırıb, Fərraş Şimrəlini hər cümləsinin sonunda "da bə", "hııı" jarqonları işlədən müasir naxçıvanlı qaqaşa adaptasiya edib, dialoqları dəyişərək, əsərin ruhuna daban-dabana zidd fikirlər əlavə edib. 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Gözəllik kraliçası” tamaşası - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
ADGT teatrı Oyunlar zamanı 7 tamaşa nümayiş etdirəcək
Rejissor "dahiyanə yeniliklərinə" o qədər aludə olub ki, həkimi qadına çevirdiyini unudub, bütün obrazlar Lalbyuza "cənab həkimə" deyə müraciət edirlər. Mirzə Cəlilin "həkim"i olub "həkimə", "cənab"ı xanıma çevirmək yaddan çıxıb.

Xülasə, "Dəli yığıncağı" olub Rafael-Coşğunun "Bu şəhərdə"si. Şit-şit zarafatlar, əttökən rəqslər, "metro Tağı"nın sözü olmasın, burcutmalar, yersiz replikalar, bir sözlə, mütrüf-mütrüf hərəkətlər..."

Qeyd edək ki, sözügedən tamaşa Akademik Milli Dram Teatrında mövsümün son premyerası olub. "Dəli yığıncağı" sonuncu dəfə Akademik Milli Dram Teatrında 1978-ci ildə Mehdi Məmmədovun quruluşunda hazırlanıb.

Xəbər lenti
0