Azərbaycanın iki tarixi abidəsi üçün şans - Mədəni İrs siyahısına daxil edilə bilər

Abunə olmaq
"Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 01 iyul — Sputnik. "Şəki Xan sarayının Mədəni İrs siyahısına salınması ilə bağlı uzun müddətdir ki, iş aparılır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının təşkilat komitəsinin sədri Əbülfəs Qarayev deyib.

Tülü kəndi ərazisində V-IX əsrlərə aid aşkar olunan abidə - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Abidəyə qulluq edən mənəm, maaşı alan isə başqası"

Nazir qeyd edib ki, Şəki Xan sarayının siyahıya salınması ilə bağlı təkliflər irəli sürülüb: "Hər şey komitənin qərarından asılıdır. Əvvəlcədən danışmaq istəmirəm".

Nazir, eyni zamanda İranın Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi barədə təşəbbüsünə də münasibət bildirib: "Bu, olduqca maraqlı təşəbbüsdür. İlkin nəticələrə görə, Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır. Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər. Hər iki ölkə Hirkan meşələrinin birgə layihə çərçivəsində qorunmasını həyata keçirə bilər".

Xəbər lenti
0