Putin Trampı Moskvaya dəvət etdi

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Дональд Трамп во время встречи на полях саммита "Группы двадцати" в Осаке
Президент РФ Владимир Путин и президент США Дональд Трамп во время встречи на полях саммита Группы двадцати в Осаке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya və ABŞ liderləri Böyük Vətən Müharibəsində Qələbədə kimin daha çox rol oynamasını da müzakirə ediblər

BAKI, 28 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Osakada baş tutan görüş zamanı amerikalı həmkarı Donald Trampı Moskvaya, Qələbənin 75 illik yubileyi ilə bağlı tədbirə qatılmağa dəvət edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Президент Хасан Рухани на встрече с представителями министерства здравоохранения в Тегеране, Иран - Sputnik Azərbaycan
Ruhani Trampın addımını “axmaqlıq” adlandırdı

"Biz ABŞ prezidentini gələn ilin mayında Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə Rusiyaya səfərə dəvət etmişik", - deyə Uşakov "Rossiya 24" telekanalının efirində bildirib.

"ABŞ prezidenti çox pozitiv reaksiya verdi. Bununla bağlı hansı ölkənin müharibə illərində nə qədər itirməsi, kimin rolunun daha həlledici olmasına dair söhbət oldu. Sovet xalqının bu qələbəyə töhfəsi vurğulandı", - deyə Uşakov vurğulayıb.

Xatırladaq ki, bu gün Yaponiyanın Osaka şəhərində "Böyük İyirmiliyin – G-20" sammiti çərçivəsində Vladimir Putin və Donald Trampın görüşü baş tutub. Görüş yarım saat davam edib. Prezidentlər bəyan ediblər ki, hər iki tərəf, həmçinin bütün dünya münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır.

"Onlar, həmçinin İran, Suriya, Venesuela və Ukraynanı müzakirə ediblər", - deyə Ağ Evin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Rusiya tərəfindən görüşdə, həmçinin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Prezidentin köməkçisi Yuri Uşakov, Xarici İşlər naziri Sergey Lavrov və Maliyyə naziri Anton Siluanov iştirak ediblər.

Xəbər lenti
0