Pentaqon: "Türkiyə ilə əlaqələrin pozulmasına icazə verməyəcəyik"

© © Ludovic Marin/Pool via REUTERSTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon sözçüsü Moskvanın S-400 ixtilafından istifadə edərək ABŞ ilə Türkiyə arasındakı münasibətləri pozmağa çalışdığını iddia edib

BAKI, 20 iyun — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon Moskvanın S-400 ixtilafından istifadə edərək ABŞ ilə Türkiyə arasındakı münasibətləri pozmağa çalışdığını iddia edib.

Sputnk Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Pahon Moskvanın birinci hədəfinin NATO-da boşluqlar yaratmaq olduğunu, amma bunun baş verməyəcəyini dilə gətirib.

S-400 zenit-raket kompleksi - Sputnik Azərbaycan
Vaşinqton qərar verdi, Türkiyə iqtisadiyyatını çökdürməyə hazırlaşır

Pentaqon sözçüsü bildirib ki, ABŞ Türkiyəyə strateji müttəfiq olaraq çox dəyər verir. Birgə təlimləri artırmaq üçün çalışmaya davam edirik. Moskva isə bu dərin münasibətlərə zərər verməyə çalışır.

İki ölkə arasında əlaqələrin bundan sonra da davam edəcəyini söyləyən Pahon Türkiyə ilə 70 ildir müttəfiq olduqlarını söyləyib: "Çətin dövrlərdən keçdik. Təbii ki, Türkiyənin S-400-dən imtina etməsini, Patriotlar almasını istəyirik". Pahon bu məsələdə Türkiyə səlahiyyətliləri ilə müzakirələrin davam etdiyini söyləyib.

Qeyd edək ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Российский солдат у российской системы противовоздушной обороны S-400 Триумф  на военной выставке - Sputnik Azərbaycan
"S-400"dən qorxanların sayı artır: Türkiyəyə daha bir çağırış

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

"Bir ölkə digərinə necə hərəkət etməsinə dair göstəriş verə bilməz. Birləşmiş Ştatlar bu cür davranışdan imtina etməlidir. Hamı bundan narahatdır. Bu məsələ nə qədər uzağa gedə bilər? Əgər ABŞ bizə qarşı addımlar atarsa, onda biz də eyni şeyi etməyə məcbur olacağıq. Təbii ki, heç kim buna səssiz qalmayacaq", - deyə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu cavabında bildirib.

Xəbər lenti
0