01:45 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Rusiya prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının başçısı Si Tszinpin

Putin Çin liderinə maraqlı hədiyyə verdi

© Sputnik / Alexey Drujinin
XƏBƏRLƏR
Qısa URL
104 0 0

Dondurmadan əlavə Putin tort da hədiyyə edib

BAKI, 16 iyun — Sputnik. Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının başçısı Si Tszinpinə Rusiya istehsalı olan dondurma hədiyyə edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov danışıb.

O, qeyd edib ki, Putin Asiyada əməkdaşlıq Sammitinin rəsmi açılışına qədər Çin liderini 66 yaşı olması münasibəti ilə təbrik etmək üçün onun iqamətgahına gedib.

Dondurmadan əlavə Putin ona tort da hədiyyə edib.

Si Tszipin Rusiya donrdurmasını dəfələrlə tərifləyərək, ən yaxşı qaymağın Rusiyada olduğunu deyib. Çin lideri hədiyyəyə görə, Putinə təşəkkür edib və əlavə edib ki,o Çində çox məşhurdur.

Putin isə cavabında Si Tszipinin ikitərəfli münasibətlərin inkişafında rolunun vacibliyini qeyd edib.

Əsas mövzular