03:27 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Fransa prezidenti Emmanuel Makron iclasda çıxış edir

"Türkiyə Kiprdə qanundan kənar fəaliyyətini dayandırmalıdır" - Emanuel Makron

© REUTERS / POOL
XƏBƏRLƏR
Qısa URL
51 0 0

Makron Kiprin suverənliyinə hörmətlə yanaşılmasını tələb edib

BAKI, 15 iyun — Sputnik. Türkiyənin Kipr sahillərində böyük qaz yataqlarını aşkarlamaq üçün başladığı tədbirlər planı Fransa prezidenti Emanuel Makronun qəzəbinə səbəb olub

Fransa prezidenti Emanuel Makron Türkiyənin Kiprin xüsusi iqtisadi ərazisində davam apardığı axtarış planını "qanundan kənar" adlandırıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Fransa prezidenti Türkiyənin bu ərazidəki fəaliyyətini sonlandırmağı tələb edib. Avropa Birliyinin üzvi olan Kiprə dəstəyini bir daha nümayiş etdirən Makron Kiprin suverənliyinə hörmətlə yanaşılmasını tələb edib.

Qeyd edək ki, Makron Cənubi Avropa ölkələri liderlərini bir araya gətirən Avropa Birliyinin Maltadakı zirvə toplantısının ardından jurnalistlərə bu haqda açıqlama vermişdi.

Xatırladaq ki, ötən aydan etibarən Türkiyə Kipr sahillərində mavi qaz axtarışlarına start verib.

 

Əsas mövzular