CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda on altı nəfəri ilan sancıb

© Sputnik / Valery Melnikov / Mediabanka keçidİlan
İlan - Sputnik Azərbaycan
Abunə olmaq
"Dərmandan zəhərlənənlərin 4-ü, ilansancmadan zəhərlənənlərin isə 2-si uşaq olub"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. "May ayında 21 nəfər dərman zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə gətirilib. 17 nəfər isə allergik reaksiya ilə xəstəxanaya daxil olub".

Bu barədə Sputnik Azərbaycan-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

O, mayda qeydə alınan digər zəhərlənmə hadisələri haqda da danışıb: "May ayında 16 nəfəri ilan sancdığı üçün mərkəzə gətirilib. Bundan başqa, 11 nəfər spirtli içkidən, 4 nəfər sirkə turşusundan zəhərlənib. Əqrəbdən və qara qurddan bir zəhərlənmə hadisəsi baş verib. Ölüm hadisəsi qeydə alınmayıb".

"Dərmandan zəhərlənənlərin 4-ü, ilansancmadan zəhərlənənlərin isə 2-si uşaq olub" – deyə baş toksikoloq əlavə edib.

Xəbər lenti
0