04:38 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
295010

Kamal Kılıçdaroğlu "Akit" TV-də generalların təhqir edilməsinə sərt münasibət bildirib

BAKI, 5 iyun - Sputnik. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu "Akit" TV-də generalların təhqir edilməsinə münasibət bildirib.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, İstanbulda çıxış edən Kılıçdaroğlu məsələyə sərt reaksiya verib: "Könül istər ki, şəhidlərimiz, qazilərimiz olmasın. Bu gün bəziləri çıxıb ordumuzun mənsublarını heyvana bənzədirsə, eşşək kimi arxalarında dayanacaqlar deyirsə və buna qarşı sərt, qürurlu bir duruş nümayiş etdirilmirsə, hər kəsin oturub düşünməsi lazımdır".

Partiya sədri bildirib ki, əsla ümidsizliyə qapılmayacağıq: "Haqlı və demokratiya tərəfdarı olanlar hər zaman güclüdür. Biz haqlıyıq və güclüyük. Bu ölkəyə demokratiyanı gətirəcəyik. Bu gün bayramdır. İyunun 23-də daha bir bayram yaşayacağıq. Əkrəm İmamoğlu İstanbul bələdiyyəsinin sədri seçiləndə dünyaya mesaj verəcəyik ki, bütün təzyiqlərə rəğmən, səs verdilər, demokratiyanın yanında olduqlarını göstərdilər. Hər birimizə düşən vəzifə tarixi bir vəzifədir". 

Türkiyənin müdafiə naziri Hulusi Akar isə məsələyə çox sərt reaksiya verib: "Generallarımızla bağlı irəli-geri danışmaq kimsənin həddi deyil. Bunlar hədlərini biləcək, öyrənəcəklər. Məhkəmə önündə hesabını verəcəklər".

Qeyd edək ki, AKP hökumətinə yaxınlığı ilə bilinən "Akit" TV-də yayınlanan proqramda "Akit" qəzetinin xəbər müdiri Murat Alanın canlı yayındakı sözləri gündəm olub: “Doğru yola gəlməyən generallarınızın hamısı Ərdoğanın arxasında saf tutur. Oynaya oynaya eşşək kimi dayanacaqlar. Bu ölkədə demokratiya varsa, bunu AKP hökuməti qurub”.

Əsas mövzular