CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oqtay Əsədov Mikayıl Cabbarova müraciət etdi

CC0 / AhmadArdity / PaymentОплата покупки на POS-терминале
Оплата покупки на POS-терминале - Sputnik Azərbaycan
Abunə olmaq
“Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir?”

BAKI, 31 may - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.

Sputnik Azərbaycan xəbər verir ki, O.Əsədov Vergilər naziri Mikayıl Cabbarova müraciət edərək POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşməyin lazım olduğunu deyib.

“Hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın” - deyə Milli Məclisin sədri bildirib.

Xəbər lenti
0