15:30 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8823
mobil internet

Keçmiş sovet respublikası rəqəmsal texnologiyalarda dünya lideridir

CC0 / FirmBee / internet
XƏBƏRLƏR
Qısa URL
78 0 0

İsveç alimləri ölkəsindən kənarda işləyən şəxslər arasında internetə giriş, nəğdsiz ödəniş və SİM kart əldə etmək baxımından vəziyyətlə bağlı sorğu keçiriblər.

BAKI, 31 may — Sputnik. Keçmiş sovet respublikası rəqəmsal texnologiyaların tətbiqi baxımından dünya lideridir. Söhbət Estoniyadan gedir.

İsveç alimləri ölkəsindən kənarda işləyən şəxslər arasında internetə giriş, nəğdsiz ödəniş və SİM kart əldə etmək baxımından vəziyyətlə bağlı sorğu keçiriblər. Sputnik Azərbaycan bu barədə The Local-a istinadən məlumat verir.

Sorğunun nəticəsinə görə, 68 ölkə arasında Myanma sonuncu yeri tutub. Avropa ölkələrinə gəldikdə, sonuncu yerdə İtaliyadır. Bu ölkə 57-cidir.

İtaliyada işləyən əcnəbilərin yalnız 61%-i internetə giriş və nəğdsiz ödəniş şərtlərindən razıdır. Dünya üzrə bu göstərici müvafiq olaraq 75 və 78%-dir. Yerli mobil nömrə əldə etmədən razı qalanların dünya üzrə faizi isə 82-dir. Reytinqdə 56-cı yer tutmuş Almaniyada bu aspektlə bağlı əcnəbilər ciddi problem yaşayırlar.

Sorğunun nəticələrinə görə, Estoniya, Finlandiya, Norveç və Danimarka öndə gedirlər.

Əsas mövzular