23:45 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

Emin Ağalarov Bakıda reabilitasiya mərkəzi açır – həmyerliləri ilə birlikdə

© Sputnik / Kemale Aliyeva
XƏBƏRLƏR
Qısa URL
3729 0 0

Yaxın vaxtlarda Azərbaycan ərazisində Rusiya Antinarkotik İttifaqının filialı açılacaq

BAKI, 30 may — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov həmyerliləri və Rusiya Milli Antinarkotik İttifaqının (NAS) rəhbəri Nikita Luşniklə birlikdə mərkəzin Azərbaycan ərazisində filialını açıb.

Пресс-конференция к открытию в Азербайджане реабилитационного центра для наркозависимых людей
© Sputnik / Kemale Aliyeva
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Emin Ağalarov hər il iyunun 26-da qeyd olunan Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransında deyib. Tədbirdə NAS-ın sədri Nikita Luşnikov, qarışıq döyüş növləri (MMA) üzrə çoxqat çempionu Fyodor Yemelyanenko, kino və teatr aktyoru Pavel Derevyanko da iştirak edib.

Ağalarov Luşnikovla Rusiya filmlərindən birinin premyerası zamanı tanış olub. NAS rəhbəri müğənniyə rəhbərlik etdiyi qurumdan danışıb və onu ora qonaq dəvət edib. Eminin sözlərinə görə, mərkəzin narkotik asılılığından əziyyət çəkən uşaqlar üçün hər cür şəraitin yaradıldığı nəhəng pansonatı var. Burada uşaqların idmanla məşğul olması və sağlam həyat tərzi keçirməyi öyrənməsi üçün hər cür şərait mövcuddur. Bütün bunları görəndən sonra Ağalarov özünün "Jara" layihəsini İttifaqla tərəfdaş etmək qərarına gəlib.

Пресс-конференция к открытию в Азербайджане реабилитационного центра для наркозависимых людей
© Sputnik / Kemale Aliyeva
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

"Mən Azərbaycanı çox sevirəm. Ona görə də Rusiyadakı dostlarımı çağırdım ki, onlarla birlikdə öz vətənimdə bu problemin həlli ilə məşğul olmağa başlayım. Mən narkotiklərə bulaşmadığım üçün şanslıyam. Düşünürəm ki, bu, böyük uğurdur və mənim məşğul olduğum sahədə olduqca nadir hadisədir. Mənim dörd övladım var və çox istəyirəm ki, onlar bu təhlükədən maksimum müdafiə olsunlar" - deyə Ağalarov bildirib.

Müğənni sözügedən mərkəzdə reabilitasiya keçmək üçün Rusiyaya gəlmiş və artıq öz müalicələrini başa vurmuş həmyerliləri ilə tanış olub. Hazırda Ağalarov və onun həmfikirləri Azərbaycan ərazisində də reabilitasiya mərkəzi açmağı planlaşdırıblar ki, narkotik asılılığı olan şəxslərə təmənnasız yardım göstərsinlər. Xalq artisti inanır ki, bu layihəyə dövlət tərəfindən də dəstək veriləcək.

Пресс-конференция к открытию в Азербайджане реабилитационного центра для наркозависимых людей
© Sputnik / Kemale Aliyeva
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

Narkotiklər NAS-ın rəhbərinin həyatından 10 il alıb. Luşnikovun sözlərinə görə, Rusiyada elə narkotik maddə olmayıb ki, o, onun dadına baxmasın. Bu səbəbdən də, ona bu asılılıqdan qurtarmaq çox çətin olub. Heç bir həkim ona kömək edə bilməyib. Yalnız özünə inamı, iradəsi və Allahı ona bu bəladan qurtarmaqda kömək edib. Luşnikov etiraf edir ki, o, möcüzə nəticəsində xilas olub və 15 il əvvəl narkomanlara müalicə olunmaqda kömək etmək məqsədilə NAS-ı qurmaq qərarına gəlib.

"Rusiyada narkomaniya çox yayılıb. Bir çox məşhurlar bizə kömək üçün müraciət edirlər. Təəssüf ki, biz onların adlarını açıqlaya bilmərik, çünki müalicə anonim aparılır. Həmçinin bir sıra məşhur insanlar öz reytinqlərini artırmaq üçün müxtəlif tok-şoulardan bizə müraciət edirlər. Mən onların bostanına daş atmıram, çünki bu, onların işidir. Amma elə narkotik asılılığı olan adamlar var ki, onları xilas etmək mümkün olmayıb. Çünki bunu özləri istəməyiblər" - Luşnikov bildirib.

Пресс-конференция к открытию в Азербайджане реабилитационного центра для наркозависимых людей
© Sputnik / Kemale Aliyeva
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

NAS tam qeyri-kommersiya layihəsidir. Luşnikov hesab edir ki, insanların acısı və bəlasından pul qazanmaq olmaz. Onun sözlərinə görə, asılı adamlar psixoloqlar kimidirlər, onlardan pul qazanmaq istənildikdə, bunu hiss edirlər və ona görə də sağalacaqlarına inanmırlar. Luşnikov qeyd edib ki, inamı olmayan insanı müalicə etmək mümkün deyil. Çünki narkomaniya ruhun xəstəliyidir. Mərkəzə reabilitasiya üçün maddi imkanının olub-olmamasından asılı olmayaraq istənilən adam gələ bilər. Ona bəzən yalnız uşaqların valideynləri könüllü ianələr verirlər.

Onun məqsədi əlverişli mühitin mövcud olduğu ölkələrdə filial və mərkəzlər açmaqdır. Çünki bu layihə təkcə narkotik asılılığı olan insanlar üçün deyil. Mərkəzə həmçinin mərc oyunları, nikotin və alkoqol asılılığı olan adamlar da müraciət edir. Luşnikovun sözlərinə görə, istənilən asılılığı olan adama müalicəvi mühit lazımdır.

Пресс-конференция к открытию в Азербайджане реабилитационного центра для наркозависимых людей
© Sputnik / Kemale Aliyeva
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

"Azərbaycanda da narkomaniya var, amma o, özünü Rusiyadakı kimi qabarıq göstərməyib. Artıq bizə sizin ölkədən olan uşaqlar da müraciət edir və reabilitasiyanı uğurla keçirlər. Azərbaycan çox əlverişli ölkədir. Sizdən həqiqətən də nümunə götürmək lazımdır. Çünki gənc idmanla məşğul olanda və sağlam həyat tərzini seçəndə, bu, hamıya xoş təsir bağışlayır. Biz Eminlə Azərbaycanda da mərkəz açmaq qərarına gəlmişik, həmçinin bu sahədəki bir çox digər beynəlxalq layihələrlə də əməkdaşlıq edəcəyik" - Luşnikov əlavə edib.

Luşnikovun dediyinə görə, NAS-ı müxtəlif sahələrdəki bir çox məşhur rusiyalı dəstəkləyir. Məhz bu adamlar xəstələrə motivasiya verir. Mərkəzin daimi qonaqları aktyor Pavel Derevyanko və idmançı Fyodor Yemelyanenkodur. Onların hər biri uşaqlara məsləhətlərini verir və onları stimullaşdırırlar.

Пресс-конференция к открытию в Азербайджане реабилитационного центра для наркозависимых людей
© Sputnik / Kemale Aliyeva
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransı

Derevyanko isə NAS-la tanışlığın onun həyatını dəyişdiyini deyib: "Aktyorların qeyri-sabit və stressli həyatları var. Nikita ilə tanışlıqdan sonra mənim həyatım dəyişdi. O, ilk dəfə məni öz mərkəzinə dəvət edəndə və mən orada müalicə alan uşaqlarla tanış olanda başa düşdüm ki, onlarınkı ilə müqayisədə mənim problemim heç nədir. Biz onlara kömək etməyə çalışacağıq. Təəssüf ki, heç də hamı öz asılılığı ilə mübarizə apara bilmir, biz isə bizdən asılı olan hər şeyi edirik".

Bir sözlə, bu insanların hamısı vahid məqsəd ətrafında birləşiblər - narkotik asılılığı olan insanlara normal həyata qayıtmaqda kömək etmək.

Əsas mövzular