Mehriban Əliyeva Fransa prezidentinin müdiri olmuş şəxslə görüşüb

© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb
Birinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-prezident “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb

BAKI, 29 may - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 29-da “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüblər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildi Bakıda görməkdən məmnunluğunu bildirib.

© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb
Mehriban Əliyeva Fransa prezidentinin müdiri olmuş şəxslə görüşüb - Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri ilə görüşüb

Xatırladaq ki, bu ilin mart ayında Parisə səfəri çərçivəsində Mehriban Əliyeva David dö Rotşild ilə görüşü zamanı onu Bakıya dəvət etmişdi. Həmin səfər zamanı Azərbaycan Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. 

“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild bu görüşdən şad olduğunu bildirərək, Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu deyib.

Söhbət zamanı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. 

Fransanın hazırkı prezidenti Emmanuel Makron "Rothschild & Cie Banque" bankında David dö Rotşildin rəhbərliyi altında işləyib.   

Xəbər lenti
0