Gürcü nazirdən Keşikçidağ açıqlaması: "Emosional çıxışlardan çəkinin"

© Facebook / MFA of GeorgiaGürcüstanın Xarici İşlər naziri David Zalkaliani
Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani - Sputnik Azərbaycan
Abunə olmaq
David Zalkaliani: "Həssas mövzu ilə bağlı bütün məsələlər komissiyada nəzərdən keçirilir"

BAKI, 23 may — Sputnik. "Bir daha hər kəsi Keşikçidağla bağlı emosional çıxışlardan çəkinməyə çağırıram". Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani deyib.

O, məbəd kompleksi yaxınlığında Azərbaycan tərəfdə texnikanın cəlb olunması haqqında məlumatlı olmadığını bildirib: "Bu barədə mediadan informasiya alıram. Bildiyiniz kimi, delimitasiya komissiyasının Bakıda ilk iclası keçirilir. Bütün informasiyalar komissiya çərçivəsində yoxlanılacaq. Həssas mövzu ilə bağlı bütün məsələlər komissiyada nəzərdən keçirilir".

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri Keşikçidağ Məbəd Kompleksi yaxınlığında Azərbaycan tərəfinin texnika cəlb etdiyi barədə əsassız məlumat yayıb.

Xəbər lenti
0