CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə ərazisindəki faktiki hava şəraiti açıqlandı

© Sputnik / Taleh MahmudovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yağan intensiv yağışla əlaqədar Kürmükçay və Əyriçayda qısamüddətli daşqın keçib

BAKI, 21 may - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisindəki faktiki hava durumu ilə bağlı məlumat yayıb. 

Məlumatda deyilir: "Mayın 20-si gündüzdən 21-i gündüzədək Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, yağan intensiv yağışla əlaqədar Kürmükçay və Əyriçayda qısamüddətli daşqın keçib, ayrı-ayrı yerlərdə dolu düşüb. Şahdağda qar yağıb, 2 sm qar örtüyü əmələ gəlib".

Nazirliyin xəbərinə görə, bölgələr üzrə ən çox düşən yağıntının miqdarı belə olub:

Böyük Qafqazda: Qaxda 94 (aylıq normanın 91 faizi), Şəkidə 56 (aylıq normanın 54 faizi), Oğuzda 42 (aylıq normanın 40 faizi), Qəbələdə 33 (aylıq normanın 27 faizi), İsmayıllıda 23 (aylıq normanın 19 faizi), Altıağacda 20 (aylıq normanın 28 faizi), Balakəndə 18, Şamaxıda 14, digər rayonlarda 0,6-9 mm; 

Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 35 (aylıq normanın 92 faizi), Mingəçevirdə 13, digər rayonlarda 0,3-7 mm; 

Kiçik Qafqazda: Göygöldə 22 (aylıq normanın 19 faizi), Gədəbəydə 16, Daşkəsəndə 11 mm; 

Qazax-Gəncə zonasında: Tovuz 24, digər rayonlarda 0,7-14 mm; 

Naxçıvan MR-da: Culfada 28 (aylıq normanın 85 faizi), Ordubadda 28 mm (aylıq normanın 66 faizi); 

Lənkəran-Astara zonasında: Lerikdə 7, Biləsuvarda 2, Lənkəranda 0.7 mm; 

Bakıda və Abşeron yarımadasında: Bakıda 0,4, Sumqayıtda 0,3  mm qeydə alınıb. 

Xəbər lenti
0