Bakı-Sumqayıt yolunun yolçuları diqqətli olsunlar

© Sputnik / Evgeniy Odinokov / Mediabanka keçidYolda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi
Yolda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

BAKI, 20 may — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gecə saat 00:00-dan səhər saat 06:00-dək Bakı-Sumqayıt şossesinin Xırdalan dairəsindən Beynəlxalq Avtovağzal Kompleksi qarşısınadək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

Xəbər lenti
0