Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd Təsərrüfatı Nazirliyindən fermerlərə böyük jest

© Sputnik / Rahim MuradovYarmarka
Yarmarka - Sputnik Azərbaycan
Abunə olmaq
Yarmarkalar ölkənin 6 rayonunu əhatə edəcək

BAKI, 19 may - Sputnik. Kənd Təsərrüfatı Nazirliyi regionlarda ilk dəfə olaraq kənd təsərrüfatı texnikası yarmarkaları keçirəcək. Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir. 

Məlumata əsasən, mayın 20-dən iyunun 15-dək təşkil olunacaq yarmarkalar ölkənin 6 rayonunu (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) əhatə edəcək. Yarmarkalar Şəmkirdə mayın 20-21-də, Bərdədə mayın 23-24-də, Şəkidə mayın 26-27-də, Ucarda mayln 30-31-də, Qubada iyunun 8-9-da, Masallıda iyunun 14-15-də keçiriləcək.

Nazirlik təchizatçıların təklif etdikləri texnika və avadanlıqlarla tanış olmaq, dövlət güzəştləri barədə məlumat almaq istəyən fermerləri yarmarkalara dəvət edir.

Xəbər lenti
0