Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mərhum rejissorun son tamaşası oynanılacaq

© REPORT Rejissor və ssenarist Rövşən Almuradlı
 Rejissor və ssenarist Rövşən Almuradlı - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşa 18 may, saat 19:00-da nümayiş olunacaq. Tamaşa üçün “Açıq qapı” elan olunub

BAKI, 15 may — Sputnik. Mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” əsəri əsasında, mərhum rejissor Rövşən Almuradlının eyniadlı tamaşası təqdim ediləcək. Tamaşa rejissorun  xatirəsinə ithaf olunur. 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı

Bu barədə Sputnik Azərbaycan-a rejissorun oğlu Kamal Almuradlı məlumat verib.

Ötən ay qəfildən dünyasını dəyişən və onu sevənləri sarsıdan Rövşən Almuradlının hazırladığı sonuncu tamaşa olan “Oğru” komediya janrındadır. Səhnə əsərinin süjetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Tamaşada Əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Tamaşa 18 may, saat 19:00-da nümayiş olunacaq. K.Almuradlı qeyd edib ki, tamaşa üçün “Açıq qapı” elan olunub.

Xəbər lenti
0