CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şeremetyevo qəzasının Azərbaycanda təkrarlanmaması üçün nələr edilir - AZAL cavabladı

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidСитуация в аэропорту Шереметьево
Ситуация в аэропорту Шереметьево - Sputnik Azərbaycan
Abunə olmaq
"Uçuşdan öncə təyyarə bələdçiləri mütləq qaydada sərnişinlərə fövqəladə vəziyyətlərdə oksigen maskaları, xilasedici jiletlərdən necə istifadə olunması qaydalarını başa salır, qəza çıxışlarını nümayiş etdirirlər"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Xəbər verdiyimiz kimi, mayın 5-də Moskvanın "Şeremetyevo" hava limanında "Sukhoi Superjet 100" təyyarəsində yanğın baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, təyyarədə olan 78 nəfərdən 41 nəfəri ölüb, 37 nəfər, o cümlədən 4 ekipaj üzvü isə xilas edilib.

Nepalın Everest dağının ətəyində yerləşən Lukla qəsəbəsindəki Tenzinq-Hillari hava limanında faciə baş verib - Sputnik Azərbaycan
Təyyarə ilə helikopter toqquşub, ölənlər və yaralananlar var

Maraqlıdır ki, bu dəfə insan ölümü təyyarənin yerə çırpılaraq tam dağılmasından sonra baş verməyib. Havada yanmağa başlayan təyyarə qəza enişi edib. Bu zaman sərnişinlər sağ olub və ya ən azından onların çoxu sağ imiş. Ancaq yerdə baş verənlər, xilasetmənin düzgün qurulmaması, təyyarə heyətinin qeyri-professional addımları çoxsaylı insan ölümünü səbəb olub. Yəni, daha çox sərnişin xilas etmək mümkün imiş. Hər halda, istintaqın ilkin versiyasında belə deyilir.

Rusiyada baş verən bu qəza Azərbaycanda təyyarələrində də təhlükəsizlik mövzusunu aktuallaşdırıb. Maraqlıdır, bir neçə aviaşirkəti özündə birləşdirən "Azərbaycan Hava Yolları" (AZAL) aviadaşıyıcısında bu kimi halların baş verməməsi üçün hansı qabaqlayıcı tədbirlər görülür, bununla bağlı sərnişinlərə nələr öyrədilir? Ümumiyyətlə, yanğından mühafizə və təcili yardım xidməti işini necə qurur? Suallarımız AZAL-ın mətbuat xidməti tərəfindən cavablandırılıb:

- Yanğından mühafizə və təcili yardım xidməti ilə bağlı AZAL-da hazırlıq durumu necədir?

Əlcəzairin Bufarik bölgəsində qəzaya uğrayan hərbi təyyarə - Sputnik Azərbaycan
Tehranda içində 50 sərnişin olan təyyarə yanıb

- Aviasiya Təhlükəsizliyi İdarəsinin struktur bölməsi kimi Heydər Əliyev Beynəlxalq Aeroportunda Yanğın təhlükəsizliyi və qəza-xilasetmə işləri xidməti uçuşların, sərnişinlərin, hava gəmilərinin, hava limanı ərazisindəki inzibati obyektlərin yanğın təhlükəsizliyini təmin edir. Bundan başqa, xidmət təyin edilmiş nəzarət sektorlarında profilaktik yanğın təhlükəsizliyi işləri həyata keçirilir. Habelə, AZAL Qapalı Səhmdar Cəmiyyətinin Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən mülki aviasiya subyektlərində yanğın və partlayış təhlükəsi olan texnoloji proseslərin yanğın təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirləri görülür. Xidmətin sərəncamında müasir aerodrom yanğınsöndürmə avtomobilləri və xüsusi texnikalar var. Təcili yardım xidməti ilə bağlı onu qeyd etmək istəyirik ki, "Heydər Əliyev Beynəlxalq Hava Limanı" ərazisində AZAL QSC Tibbi-Sanitar İdarəsinin Aviasiya Poliklinikası fəaliyyət göstərir. Aviasiya Poliklinikası bütün lazımi tibbi yardım xidmətlərini göstərir.

- Texniki avadanlıqlarla təminat, onların işləmə tezliyi necədir?

Южный терминал международного аэропорта Гейдар Алиев  - Sputnik Azərbaycan
Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edən təyyarə yola salındı

- Ümumiyyətlə, ölkəmizdə uçuşların təhlükəsizliyinin artırılması məsələsinə daim böyük diqqət yetirilir. Azərbaycanda mülki aviasiya sahəsində tətbiq edilən təhlükəsizlik standartları bu gün dünyanın ən yüksək standartlarının tələblərinə uyğundur. Bunu nəzərə alaraq, ölkəmizin bütün hava limanları ən son və müasir texniki avadanlıqlarla təchiz edilib.

- Sərnişinlərə və stüardessalara fövqəladə vəziyyətdə necə davranılması təlim edilibmi?

- Təyyarə bələdçisi işləmək xüsusi hazırlıq tələb edir. Təyyarə bələdçiləri ilk öncə Azərbaycan Milli Aviasiya Akademiyasında 2-3 ay davam edən xüsusi təlimlərdən keçirlər. Təlimlər nəzəri və praktik hissədən ibarət olur. Təyyarə bələdçiləri hava gəmilərinin quruluşu, xilasetmə avadanlıqlarından istifadə, tibbi yardımın göstərilməsi, sərnişin salonlarının texniki və aviasiya mətbəxinin məişət avadanlıqları, münaqişəli vəziyyətlərinin necə yoluna qoyulması barədə öyrənirlər. Uçuşdan öncə təyyarə bələdçiləri mütləq qaydada sərnişinlərə fövqəladə vəziyyətlərdə oksigen maskaları, xilasedici jiletlərdən necə istifadə olunması qaydalarını başa salır, qəza çıxışlarını nümayiş etdirirlər.

- Ümumiyyətlə, belə fövqəladə hadisələr baş veribmi və siz vəziyyətdən çıxış yolunu necə tapmısız?

Cargolux şirkətinin Boeing 747 təyyarəsi Bakı səmasında, arxiv şəkli - Sputnik Azərbaycan
Bakı səmasında növbəti həyəcan – İkinci təyyarə eniş üçün icazə istədi

- Qəza enişi ilə bağlı müxtəlif aviaşirkətlər tərəfindən bizə müraciətlər edilib. Belə hallarda həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilir. Xoşbəxtlikdən, indiyədək hava limanımızda hər hansı bir təyyarə qəzası baş verməyib. Ümumiyyətlə, bu istiqamətdə çalışan bütün xidmətlərin əməkdaşları mütəmadi olaraq təlimlərdən keçirlər.

- AZAL-ın "Sukhoi Superjet 100" təyyarəsi necə, varmı?

- AZAL-ın təyyarə parkı ən müasir "Boeing", "Airbus" və "Embraer" təyyarələrindən ibarətdir.

Xəbər lenti
0