10:00 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
53 0 0

Prezident ümummilli liderin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb

BAKI, 10 may — Sputnik. Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb. Azərbaycan Respublikasının dövlət himni səslənib.

  • Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
    Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
    © Official website of President of Azerbaijan Republic

1 / 5

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Əlaqədar

Heydər Əliyevin anım günü ilə bağlı böyük xeyriyyətçilik aksiyası
Prezident: "Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü"
Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatı oldu
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür
Teqlər:
İlham Əliyev, Heydər Əliyev, ulu öndər, ümummilli lider, Azərbaycan

Əsas mövzular