CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib

© Sputnik / Rumiyya MiraslanBakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Türk dünyasının tanınmış simaları Qarabağ və Kərkükün taleyi üçün Bakıda bir araya gəliblər

BAKI, 2 may - Sputnik. Bakıda “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxalq Simpozium baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən  simpoziumda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər. 

Simpoziumu giriş sözü ilə ATEV sədri Tənzilə Rüstəmxanlı açaraq tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, Simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil: “Sabah Türk milli oyanış günüdür. Biz bu tarixi hər il qeyd edirdik. Ancaq bu il həmin tarixi belə bir miqyaslı elmi konfrans çərçivəsində də qeyd edəcəyik”.

© Sputnik / Rumiyya MiraslanBakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib - Sputnik Azərbaycan
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib

ATEV sədri onu da qeyd edib ki, Simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil: “Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.  

Daha sonra İraq-Turkman cəbhəsinin rəhbəri, İraq Parlamentinin lideri Ərşad Salihi çıxış edib. O bildirib ki, türklər əsarəti qəbul edən millət deyil: “Biz əsarəti qəbul etmədiyimiz üçün bayrağımız hər zaman yüksələcək. Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək”. 

Tədbirdə çıxış edən milli azadlıq hərəkatının liderlərindən olmuş Etibar Məmmədov, “Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz da Kərkük problemi ilə Qarabağ probleminin eyniləşdirilməsini dəstəkləyib. 

Azərbaycanın xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı da çıxışında bildirib ki, dünyanın hər yerində Qarabağ problemini təbliğ edir: “Milli şüurun oyanması son dərəcə önəmlidir. Türkçülük bayramının keçirilməsi millətin varlığını qorumaq yoludur”. 

Çıxışların ardınca “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Kərkük” Paneli öz işinə başlayıb.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin moderatorluğu ilə keçirilən Paneldə İraq-Turkman Cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi, professor Qəzənfər Paşayev, professor Kürşad Zorlu, Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi, Türkiyə Qazi Universitetindən Çetin Almas, İraq Türkman Cəbhəsinin Türkiyə təmsilçisi Mehmet Tütüncü, Azərbaycan millət vəkili Qənirə Paşayeva iştirak ediblər.

Paneldə çıxış edən Ərşad Salihi edərək bildirib ki, Qafqazda, Orta Asiyada türk olmaq çox çətin məsələdir: “Orada türkləri sıxışdırırlar. Türkləri İraqda, Livanda, Suriyada heç kim dəstəkləmir. Kipri işğaldan azad edəndə necə hazır idiksə, Qarabağın da işğaldan azad edilməsinə hazırıq. İraq-Turkman Cəbhəsinin sədri olaraq bildirirəm ki, dünyanın harasında bir türkün burnu qanayırsa, biz buna görə məsuliyyət daşıyırıq. Ümid edirik ki, türk varlığı Kərkükdən Qarabağa doğru gedəcək”. 

© Sputnik / Rumiyya MiraslanBakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib - Sputnik Azərbaycan
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib

Professor Kürşad Zorlu Kərkük və İraqdakı türkmanların problemləri barədə danışıb. O bildirib ki, getdiyi hər yerdə Kərkük və Qarabağ problemini gündəmə gətirir.  

Professor Qəzənfər Paşayev Kərküklə əlaqələrin gücləndirilməsinin vacibliyini bildirib: “Bu məsələdə dövlət də öz dəstəyini əsirgəməməlidir. Kərkükdə tarixi dövlətlərimiz olan Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin izləri var. Bizim Kərküklə, İraq türkmanları ilə əlaqələrimiz zəifdir. Bu məsələlərdə dövlət dəstəyinin olması vacibdir”. 

V Dünya Mədəniyyətlərarası Dialoq Forumu - Sputnik Azərbaycan
Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

Daha sonra Türkiyə Qazi Universitetindən Çetin Almas çıxış edib. O bildirib ki, əslində turkmanların yaşadığı bölgə turkman elidir, sadəcə kərküklülər daha çox qətliama məruz qaldığı üçün ora ümumi olaraq Kərkük deyirlər: “Bu simpozium turkman elinə uzadılan əldir”. 

Kərkük Mədəniyyət Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi də çıxış edib: “Azərbaycan mətbuatı məsafə cəhətdən nə qədər uzaq olsa da, daim İraq turkmanlarına sahib çıxıb. Nəinki sahib çıxıb, hətta bizim özümüz kimi yazıb”.

Millət vəkili Qənirə Paşayeva tədbirin əhəmiyyətindən danışıb: “Vətən məsafələrlə ölçülmür. Qarabağ, Kərkük kimi problemlər hamımızın davası olmalıdır. Əgər bir olsaq, problemlərimizi daha asan həll edərik. Heç zaman unutmamalıyıq ki, Qarabağ və Kərkük türk dünyasının açar nöqtələridir. Türk dünyası çalışıb bu problemləri həll etməlidir”.

“Kərkük” Panelində çıxışlar bitdikdən sonra simpoziumun iştirakçıları mükafatlandırılıb.

Fasilədən sonra “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu çərçivəsində “Qarabağ” Paneli öz işinə başlayıb.

Xalq şairi Sabir Rüstəmxanlının moderatorluğu ilə başlayan paneldə millət vəkili Fazil Mustafa, Anadolu Yayımçılar Dərnəyinin rəhbəri Sinan Burhan, TÜİB başqanı Hüseyin Büyükfırat, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ülke” TV-nin baş redaktoru Hasan Öztürk, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu və Azərbaycan-Türkiyə Gəncləri Dostluq Dərnəyinin başqanı Tuqay Apa iştirak ediblər.

© Sputnik / Rumiyya MiraslanBakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib - Sputnik Azərbaycan
Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu keçirilib

Millət vəkili Fazil Mustafa bildirib ki, Qarabağ probleminin həlli təkcə bizdən asılı deyil: “Danışıqlar eyni predmet üzrə uzadılır. Xalq Qarabağ problemindən kənarda saxlanılıb. Bir neçə nəfər bu problemi həll etmək iqtidarında deyil. Qarabağı işğaldan azad etmək üçün müharibəyə hazır olmalıyıq”.

Anadolu Yayımçılar Dərnəyinin rəhbəri Sinan Burhan deyib ki, Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında yer alıblar.

AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu Qarabağ məsələsində Qərbi Azərbaycan faktorundan danışıb: “Bugünkü beynəlxalq hüquq bizim milli iradə və keçmişimizə ziddir. Necə olur ki, ermənilərin Qarabağı işğal etməsi beynəlxalq hüquqa zidd olmur, ancaq Azərbaycan Qarabağı müharibə ilə işğaldan azad etmək istəyəndə beynəlxalq hüquqa zidd olur”.

Simpoziumda çıxış edən TÜİB başqanı Hüseyin Büyükfırat da türk dünyasının problemlərinə toxunub.

“Qarabağ” Panelində çıxışlar bitdikdən sonra simpoziumun iştirakçıları mükafatlandırılıb.

Xəbər lenti
0