Səudiyyə Ərəbistanından İrana qarşı xoşməramlı jest

© REUTERS / Hamad I Mohammedİrana məxsus neft tankeri
İrana məxsus neft tankeri - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə tərəfi tankerə yardım edərək onun sahilə çatmasını təmin edib

BAKI, 2 may — Sputnik. Səudiyyə Ərəbistanı İrana məxsus neft tankerinin heyətinə yardım edib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının sərhəd nəzarətçiləri Qırmızı Dənizdə köməksiz qalan İrana məxsus neft tankerini görüblər.

Göyərtəsində 26 nəfər olan “Happiness 1” tankeri Ciddə İslam Limanının 70 kilometr cənub-qərbində aşkar edilib. Tankerin mühərrikində yaranan nasazlıq bu problemə səbəb olub. 

Səudiyyə tərəfi tankerə yardım edərək onun sahilə çatmasını təmin edib.

Qeyd edək ki, tankerin heyətindəki şəxslərin 24-ü iranlı, 2-si isə banqladeşli olub.

 

Xəbər lenti
0