Qazaxıstanın iri şəhərlərində hökumət əleyhinə aksiyalar başladı

© REUTERS / PAVEL MIKHEYEVAlma Atada etirazçılar seçkiləri baykot etməyə çağırırlar
Alma Atada etirazçılar seçkiləri baykot etməyə çağırırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya iştirakçıları qarşıdan gələn prezident seçkilərinə etiraz edir

BAKI, 1 may — Sputnik. Yüzlərlə insan Nur-Sultan və Alma-Atada əvvəlcədən razılaşdırılmayan mitinqə çıxıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Alma-Atada hökumət əleyhinə aksiya mədəniyyət və istirahət üzrə mərkəzi parkda, Qazaxıstan paytaxtında isə şəhər administrasiyasının yaxınlığında keçirilir.

Akorda – Qazaxıstan prezidentinin iqamətgahı - Sputnik Azərbaycan
Qazaxıstanda prezidentlik yarışında şürpriz gəlişmə

Aksiya iştirakçıları qarşıdan gələn prezident seçkilərinə etiraz edir, çoxuşaqlı anaların, əlillərin sosial müdafiəsinin gücləndirilməsini tələb edir və atom elektrik stansiyasının tikintisinə etirazlarını bildirirlər.

Prokurorluq nümayəndələri mitinq iştirakçılarına yaxınlaşaraq onların hərəkətlərinin qeyri-qanuni olduğu barədə xəbərdarlıq edib.

Polis əməkdaşları mitinqi müşahidə edir, etirazçılara müdaxilə etməyib.

Qeyd edək ki, aprelin 23-ü Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə "Nur Otan" partiyasının qurultayı keçirilib. Nazarbayev Tokayenin prezidentliyə namizədliyini irəli sürüb. Tokayevin namizədliyini qurultayda iştirak edən 263 partiya üzvünün hamısı dəstəkləyib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-u keçiriləcək.

Kasım-Comart Tokayev və Nursultan Nazarbayev - Sputnik Azərbaycan
Qazaxıstanda 30 ildən sonra yeni şəxs – Nazarbayev namizədini seçdi

Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Kasım-Comart Tokayev xalqa müraciətində bildirib ki, iyulun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Xatırladaq ki, təxminən 30 il müddətinə ölkəni idarə etmiş Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev martın 20-də istefa verib. Ölkənin yeni prezidenti parlamentin yuxarı palatasını sədri Kasım-Comart Tokayev olub. Ölkədə prezidentin səlahiyyət müddəti 2020-ci ildə başa çatır.

Xəbər lenti
0