20:58 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6510

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

BAKI, 30 aprel - Sputnik. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, danışıq zamanı Liviyadakı vəziyyət, Suriya nizamlanması müzakirə olunub. Liderlər Liviyada sabitlik və əmin-amanlığı dəstəkləmək niyyətində olduqlarını bildiriblər.

Onlar, həmçinin Suriya böhranının həlli istiqamətində Astana prosesi çərçivəsində əməkdaşlığı davam etdirmək məsələsində həmfikir olduqlarını təsdiqləyiblər.

Əsas mövzular