Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

BAKI, 28 aprel - Sputnik. Ağcabədi rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 300 m²) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə, 2-ci mərtəbəsində 3 otaq və dəhlizin yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0