14:19 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Rusiya prezidenti Vladimir Putin

Putin Ukraynanın yeni rəhbərliyinə səsləndi: "İlk addımlarınızı gözləyirik"

© Sergei Ilnitsky/Pool via REUTERS
XƏBƏRLƏR
Qısa URL
98 0 0

Rusiya lideri: "Anlamaq başqa şeydir, xalqın maraqlarına cavab verən realist siyasət yürütmək başqa"

BAKI, 25 aprel — Sputnik. "Bu, prezident Pyotr Poroşenkonun siyasətinin tamamilə iflasıdır". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı seçkilərin nəticələrini şərh edərkən deyib.

Pyotr Porşenko
© REUTERS / VASILY FEDOSENKO

"Burada nəyi dəyərləndirmək olar? Bu, Poroşenko siyasətinin tamamilə iflasıdır. Mən əminəm ki, yeni hökumət bunu anlamaya bilməz. Onlar bunu çox yaxşı başa düşürlər. Onların ilk addımlarını gözləyək. Anlamaq başqa şeydir, xalqın maraqlarına cavab verən realist siyasət yürütmək başqa" - deyə Putin vurğulayıb.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Yekun nəticələrə əsasən, Vladimir Zelenski səslərin 73,22 faizini toplayaraq qələbəsini təmin edib. Hazırkı dövlət başçısı Pyotr Poroşenko isə 24,24 faiz səs toplayıb.

Bülletenlərin 2,31 faizi etibarsız hesab olunub.

Teqlər:
Pyotr Poroşenko, Vladimir Putin, Ukrayna, Rusiya

Əsas mövzular