14:21 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Археологический раскопки, фото из архива

Dəmirçidən tapılan küplər inanmayanlara dərs olacaq

© Sputnik / Ulyana Solovyeva
XƏBƏRLƏR
Qısa URL
3515 0 0

Şamaxı ərazisində aşkar edilmiş qədim əşyalar bölgə əhalisinin etnik mənşəyi barədə mübahisələrdə tutarlı arqument ola bilər

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Qədim tarixə malik olan Şamaxı şəhərində arxeoloji tapıntılar bu ərazilərdə qədimlərdə məskunlaşmış insanlar barəsində yeni məlumatlar almağa kömək edir. Belə ki, 2019-cu ilin mart ayında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin rəhbərliyi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyası Şamaxı rayonunun Dəmirçi kəndi yaxınlığında erkən orta əsrlərə aid yaşayış yerində arxeoloji tədqiqat işləri həyata keçirib.

Şamaxı şəhərində arxeoloji qazıntılar zamanı türk tayfalarına aid küplər aşkarlanıb
© Sputnik / Ilham Ahmadov
Şamaxı şəhərində arxeoloji qazıntılar zamanı türk tayfalarına aid küplər aşkarlanıb

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, ötən il burada aparılan arxeoloji tədqiqatlar zamanı çay və qaya daşlarından inşa edilmiş qala divarları aşkara çıxarılıb. Qalanın daxilində aparılan arxeoloji qazıntılar zamanı müxtəlif formalı və ölçülü saxsı şirsiz qab fraqmentləri, dəmirdən hazırlanan ox ucları, nizə başlıqları, qılınc fraqmentləri, tunc şeşpər, möhür-üzüklər, əqiq və pastadan hazırlanmış muncuqlar və s. aşkar edilib.

Şamaxı şəhərində arxeoloji qazıntılar zamanı türk tayfalarına aid küplər aşkarlanıb
© Sputnik / Ilham Ahmadov
Şamaxı şəhərində arxeoloji qazıntılar zamanı türk tayfalarına aid küplər aşkarlanıb

Əldə edilən maraqlı tapıntılardan biri tuncdan hazırlanan şeşpərdir. Şeşpərin haçalarından ikisinin döyüş zamanı qırıldığı güman olunur. Qeyd edək ki, bu tip şeşpər Azərbaycan ərazisində ilk dəfədir aşkar edilir.

Bu il tədqiqatlar qala divarının daxilində yeraltı anbarda aparılıb. Anbarda aparılan qazıntılar zamanı 7 ədəd iri küp aşkar edilib. Küplərdən ən böyüyünün hündürlüyü 1,65 metr təşkil edir. Küplər yerə basdırılıb, ağız hissəsi yastı daşla bağlanıb. Torpağın ağırlığından küplərin, demək olar ki, hamısı çatlayıb. Müəyyən edilib ki, bu küplərin ikisinin daxilində şərab, digərlərində isə taxıl məhsulları saxlanılıb. Bu amillər burada vaxtilə qeyri-müsəlman əhalisinin olduğuna dəlalət edir.

Şamaxı şəhərində arxeoloji qazıntılar
© Sputnik / Ilham Ahmadov
Şamaxı şəhərində arxeoloji qazıntılar

Daha bir tapıntı həmin əhalinin etnik kimliyi barədə məlumatı özündə saxlayır. Belə ki, küplərin ikisinin üzərində qədim türk tayfalarına aid damğalar həkk edilib. Damğalar küplərin boğaz hissəsinə, hazırlanma zamanı yaş gilin üzərinə barmaq vasitəsilə basılaraq həkk edilib. Çəllək formalı küpün üzəri cızma üsulu ilə dağ və dalğa formalı naxışlarla bəzədilib.

Şamaxı şəhərində arxeoloji qazıntılar zamanı türk tayfalarına aid küplər aşkarlanıb
© Sputnik / Ilham Ahmadov
Şamaxı şəhərində arxeoloji qazıntılar zamanı türk tayfalarına aid küplər aşkarlanıb

Aşkar olunan maddi-mədəniyyət nümunələri Dəmirçi Arxeoloji Muzeyinə təhvil verilib. Hazırda saxsı məmulatlar mütəxəssislər tərəfindən bərpa edilir. Damğalar üzərində aparılan tədqiqatlar onların məhz hansı türk tayfalarına mənsub olması məsələsinə də aydınlıq gətirəcək. Hələlik sadəcə burada vaxtilə öz qədim inanclarını saxlamış türk tayfalarının olduğunu iddia etmək mümkündür.

Əlaqədar

Dinozavrlardan daha qədim: 500 milyon yaşı olan canlı tapılıb
Şərqin qədim şəhərlərindən biri – sirli Beyləqan
İnsandan daha qədim olan heyvanın kökünü kəsirik
Qədim yaşayış məntəqəsinin məktəbi uçmaq üzrədir

Əsas mövzular