Şri-Lanka qapalı geyimləri və niqabı qadağan etməyə hazırlaşır

© AFP 2023 / DELIL SOULEIMANNiqablı qadın, arxiv şəkli
Niqablı qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şri-Lankada törədilmiş dəhşətli terror dalğası dini geyimlərin qadağan edilməsini gündəmə gətirib

BAKI, 23 aprel — Sputnik. Yüzlərlə insanın öldüyü son partlayışda qadınların yaxından iştirak etməsi ehtimalına görə, Şri-Lanka hakimiyyəti ölkədə niqab bağlamağı qadağan edə bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, aprelin 22-də artıq bu istiqamətdə addımlar atılıb.

Bu qərar şübhəlilərin dindirilməsi və şahidlərin təqim etdiyi sübutlardan sonra verilib.

Xatırladaq ki, Şri-Lankada aprelin 21-də Pasxa qeyd edilən zaman partlayışlar baş verib.

Əvvəlcə 3 məbəd və 3 hoteldə 6 partlayış baş verib. Sonra isə adanın qərbində 7-ci, Kolombo kənarındakı yaşayış məntəqəsində isə 8-ci partlayış qeydə alınıb. Yerli mətbuatın məlumatına görə, terror hadisələri "kamikadze"lər tərəfindən törədilib.

Son məlumata görə, partlayışlar zamanı 45-i uşaq olmaqla 321 nəfər ölüb, 525 nəfər yaralanıb.

Xəbər lenti
0