CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyat yoldaşının xəyanətinə məruz qalan ata iki azyaşlı balası ilə Bakıya üz tutub

© pixabay / frootQucağında körpəsini tutmuş ata
Qucağında körpəsini tutmuş ata - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin ailənin azyaşlı uşaqlarının reabilitasiyaya və psixoloji dəstəyə ehtiyacı var

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə daha bir ailə faciəsi barədə Sputnik Azərbaycan-a məlumat verib. Belə ki, ötən gün rayonların birində yaşayan ata 2 azyaşlı övladını götürərək Bakıya gəlib.

Ağazadənin sözlərinə görə, atanın belə bir addım atmasına səbəb həyat yoldaşı tərəfindən xəyanətə məruz qalması olub:

“Ata 9-10 yaşlı 2 övladı ilə sığınacağa müraciət edib. Atanın burada iş tapacağı müddətdə uşaqların durumu nəzərə alınaraq onlar sığınacaqla təmin olunurlar. Hazırda azyaşlıların məktəb davamiyyəti ilə bağlı işlər görülür”.

Ağazadə bildirib ki, kişinin həyat yoldaşı etdiyi hərəkəti özü də boynuna alıb: "Bu səbəbdən ata isə sivil qaydada nə etməlidirsə, onu da edəcək, boşanmaya görə məhkəməyə müraciət edəcək. O, həmçinin ananın valideynlik hüququndan məhrum edilməsini də tələb edəcək”.

Birlik sədrinin sözlərinə görə, həmin ailənin azyaşlı uşaqlarının reabilitasiyaya və psixoloji dəstəyə ehtiyacı var.

Xəbər lenti
0