Xaçmazda yanğın olub

© pixabay / SkeezeПожарники тушат огонь
Пожарники тушат огонь - Sputnik Azərbaycan
Abunə olmaq
Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub

BAKI, 19 aprel — Sputnik. Xaçmaz rayonunun Müqtədir qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli 6 otaqlı tikilinin (arakəsmə divarları taxta konstruksiyalardan ibarətdir) yanar konstruksiyaları və içərsindəki əşyalar 50 m² sahədə, dam örtüyü 15 m² sahədə yanıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, yanğın zamanı həcmi 30 litr olan 3 ədəd məişət qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0