Ukraynada böyük gün: Poroşenko və Zelenski "son döyüşə" çıxacaq

© REUTERS / VASILY FEDOSENKOUkrayna bayrağı
Ukrayna bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq dünəndən bu debata olan bütün biletlər satılıb

BAKI, 19 aprel — Sputnik. Bu gün Ukraynada prezidentliyə namizədlər Pyotr Poroşenko və Vladimir Zelenski arasında ilk debat keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, debatı 70 mindən çox şəxs canlı olaraq "Olimpiyskiy" stadionunda izləyə biləcək. 

Ukrayna prezidenti Pyotr Poroşenko - Sputnik Azərbaycan
Poroşenko Rusiyanı Ukrayna üçün "əsas təhdid" adlandırdı

Poroşenko və Zelenski arasında debat aprelin 19-u saat Bakı vaxtı ilə 19:00-da Kiyevin "Olimpiyskiy" stadionunda keçiriləcək. Artıq dünəndən bu debata olan bütün biletlər satılıb.

Qeyd edək ki, Ukraynada martın 31-də prezdent seçkiləri keçirilib. Birinci turun nəticələrinə görə, Vladimir Zelenski hamıdan çox səs toplayıb. O, seçicilərinin 30,24%-nin səsini qazanıb.

İkinci pillədə isə hazırkı prezident Pyotr Poroşenko qərarlaşıb. Onu Ukrayna vətəndaşlarının 15,95%-i dəstəkləyib.

Hazırda bu ölkədə prezident seçkilərinin ikinci turuna hazırlıq gedir. İkinci tur aprelin 21-də keçiriləcək.

 

Xəbər lenti
0