14:18 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzi istifadəyə verilib

© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
33 0 0

Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri hərbi pilotlarla müşavirə keçirib və onların qarşısında konkret tapşırıqlar qoyub

BAKI, 19 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Aviasiya Təmiri Zavodunda olub.

Müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

  • Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    © AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    © AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    © AR Müdafiə Nazirliyinin mətbuat xidməti
  • Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib
    © AR Müdafiə Nazirliyinin mətbuat xidməti
1 / 4
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib

Sonra müdafiə naziri HHQ-nin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z.Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırıqlar verib. Müdafiə nazirinə məruzə olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.

Müdafiə nazirinə uçuş heyəti üçün nəzərdə tutulan yüksəklik ləvazimatları və avadanlıqları nümayiş etdirilib.

Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri hərbi pilotlarla müşavirə keçirib və onların qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyi uçuş heyəti ilə birlikdə nahar edib.

Əlaqədar

Yeni Narkoloji Mərkəz istifadəyə veriləcək
Türkiyədə gizli mərkəz yaradılır: Nüvə hücumu belə, təsir etməyəcək
Prezident: “Azərbaycanda ən müasir tibbi mərkəz olmayan şəhər qalmayacaq”
Prezident cəmiyyətdə baş verənləri araşdıracaq yeni Mərkəz yaradır
Teqlər:
mərkəz, təlim-məşq toplanışı, Hərbi Hava Qüvvələri

Əsas mövzular