11:25 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Hostel

Yaşayış evlərinin hostel kimi istifadəsi qadağan edilir

© AP Photo / Fritz Reiss
XƏBƏRLƏR
Qısa URL
132 0 0

Hostel binaların birinci mərtəbəsində yerləşməsə belə, girişləri ayrı olmalıdır.

BAKI, 3 aprel — Sputnik. Oktyabrın 1-dən yaşayış evlərinin hostel kimi istifadəsi qadağan ediləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Dövlət Duması və Federasiya Şurası yaşayış evlərinin hostel və kiçik mehmanxana kimi istifadəsinin qadağan edilməsi ilə bağlı qanunun qüvvəyə minməsi tarixini razılaşdırıb.

Dövlət Duması qanun layihəsini martın əvvəlində sonuncu oxunuşda qəbul etmişdi. Qanunun bu ilin yazında qüvvəyə minməsi planlaşdırılırdı. Ancaq Federasiya Şurası sənədin icrasını təxirə salaraq təkmilləşdirməyi təklif edib. Bu vaxt ərzində sahibkarlara vəziyyətə uyğunlaşmaq imkanı veriləcək. Senatorlar yaşayış evlərindən hostel kimi istifadənin 2020-ci ilin yanvar ayının 1-dən qadağan olunmasını təklif edib.

Dövlət Dumasının qəbul etdiyi qanun layihəsi yaşayış evlərinin hostel və kiçik hotellər kimi istifadəsinə o zaman icazə verir ki, bu evlər qeyri-yaşayış obyekti sırasına daxil edilmiş olsun.

Bu isə o deməkdir ki, həmin binalar birinci mərtəbədə yerləşməsə belə, girişləri ayrı olmalıdır.

Əsas mövzular