"Ümumi təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək

BAKI, 29 mart - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Ümumi təhsil haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, 5 fəsil, 33 maddədən ibarət olan qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 12-inci (Ümumi təhsil müəssisəsi) maddəsində ümumi təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formalarının tətbiq ediləcəyi bildirilib. Qeyd edilib ki, bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib.

Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü - Sputnik Azərbaycan
Naqif Həmzəyevlə bağlı qərar verilib

Qanun layihəsinin 13-üncü (Ümumi təhsilin təşkili) maddəsinə görə, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda isə bu rəqəm 20-dir.

Qanun layihəsinin 31-inci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0