Paytaxt sakinlərinin diqqətinə!

© Sputnik / Irade JELILSahibkarlar yanan ticarət mərkəzi "Diqlas"-ın qarşısına
Sahibkarlar yanan ticarət mərkəzi Diqlas-ın qarşısına - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir

BAKI, 28 mart — Sputnik. 26.03.2019 tarixində Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar Qara Qarayev prospekti Bəhruz Nuriyev küçəsi ilə kəsişmədən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək hərəkətə tətbiq edilən məhdudiyyət davam edir.

Пожар в торговом центре Диглас - Sputnik Azərbaycan
CƏMİYYƏT
Prezidentdən vətəndaşlara müjdə: Bütün zərərçəkmişlərə dəyən ziyan ödəniləcək

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu səbəbdən də həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar bu gün də alternativ yollarla hərəkət edir. 

Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir.

Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir.

Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarından yaranmış vəziyyəti anlayışla qəbul etmələrini xahiş edir. 

Xəbər lenti
0