Vergi Məcəlləsindəki son dəyişikliklərin turizm sahəsinə təsiri müzakirə olunub

© Sputnik / Murad OrujovVergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib
Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Bununla kifayətlənmirik, yaxın illərdə Çin, Hindistan və digər yerlərdən turist cəlbinə çalışırıq"

BAKI, 27 mart - Sputnik. Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edənlər Vergi Məcəlləsinin yeni qaydalarının tətbiqinin turizm şirkətləri üçün yaratdığı çətinliklərdən danışıblar. Həmçinin həmin çətinliklərin aradan qaldırılması yollarını açıqlayıblar.

© Sputnik / Murad OrujovVergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib
Vergi Məcəlləsindəki son dəyişikliklərin turizm sahəsinə təsiri müzakirə olunub  - Sputnik Azərbaycan
Vergi qanunvericiliyindəki son dəyişikliklərin turizm sahəsində tətbiqi ilə bağlı tədbir keçirilib

Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib ki, otellər assosiasiyası yaradılıb, yaxın günlərdə bələdçilər assosiasiyası da yaradılacaq: “Bizə gələn təklifləri nəzərə alıb üzərində işləyirik. Qısa zamanda bütün işləri görmək mümkün deyil, amma çalışırıq ki, işləri daha sürətlə görək”.

© Sputnik / Murad OrujovKənan Qasımov
Vergi Məcəlləsindəki son dəyişikliklərin turizm sahəsinə təsiri müzakirə olunub  - Sputnik Azərbaycan
Kənan Qasımov

“Dövlət Turizm Agentliyi yaradılandan sonra yaxın şərqdən turist axını oldu. Bununla kifayətlənmirik, yaxın illərdə Çin, Hindistan və digər yerlərdən turist cəlbinə çalışırıq. Daha önəmli məsələni də qeyd edim ki, turizm reysteri yaradılacaq. Ən vacib məsələlərdən biri də statistik məlumatların yaradılmasıdır. Bunun üzərində işləyirik. Turizm haqqında qanunun da təkmilləşməsinin vaxtı çatıb. Bu qanunda da dəyişiklər ediləcək”.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə çıxışı zamanı bildirib ki, bizim şöbəmiz birbaşa turizm sənayesi ilə işləyir. “Turizm sənayesi digər sahələrdən fərqli olaraq 3-4 ay daha çox işləyir və gəlir götürür. Vergi qanunvericiliyində də bunu əks edilməsini istəyirik. Məqsədimiz turizm sənayesini təşviq edən qanunvericilik üzərində işlənilməsidir”.

© Sputnik / Murad OrujovMəhəmməd Muradov
Vergi Məcəlləsindəki son dəyişikliklərin turizm sahəsinə təsiri müzakirə olunub  - Sputnik Azərbaycan
Məhəmməd Muradov

“Biz bu tədbirə dəvət etdiyimiz peşəkarların da fikirlərindən istifadə etmək istəyirik. Bizə problemlərinizi və təkliflərinizi deyirsiniz, biz onları problem kimi qaldırıb həll etməyə çalışırıq” – deyə M.Muradov qeyd edib.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Nicat İmanov isə açıqlamasında deyib ki, 2019-cu il üçün də vergilərdə əhəmiyyətli dəyişikliklər edilib: “Bu, sahibkarların xeyrinədir. Xüsusilə mikrosahibkarlar üçün əmlak və mənfəət vergisinin 75 faiz azaldılması onların işlərinin inkişafı üçün önəmli addımlardır. Vergi bazarda tənzimləyici alətdir. Məhz sahibkarlar üçün əlverişli mühitin yaradılmasıdır”.

© Sputnik / Murad OrujovNicat İmanov
Vergi Məcəlləsindəki son dəyişikliklərin turizm sahəsinə təsiri müzakirə olunub  - Sputnik Azərbaycan
Nicat İmanov

O bildirib ki, hər il sahibkarlardan gələn suallar və sorğulara baxılır, yaranan problemlər həllini tapır.

Xəbər lenti
0