07:24 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Nərimanov rayonunda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub

"Dövlətçiliyin qorunmasında DTX-nın rolu əvəzedilməzdir"

© DTX-nin mətbuat xidməti
XƏBƏRLƏR
Qısa URL
63 0 0

Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 100 illik yubileyi xüsusi təntənə ilə qeyd olunub

BAKI, 27 mart — Sputnik. Nərimanov rayonunda Dövlət Təhlükəsizliyi Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü münasibətilə tədbir təşkil olunub.

Tədbirin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) inkişaf tarixindən, onların effektiv fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin qarşısının alınması istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi, DTX-nın Nərimanov Rayon İdarəsinin rəhbərliyi və əməkdaşları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını təbrik edərək bildirib ki, Respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında DTX-nın rolu əvəzedilməzdir.

"Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində son illər daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir" - deyə rayon başçısı vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən təhlükəsizlik orqanları əməkdaşlarının müstəsna xidmətləri var.

  • Nərimanov rayonunda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub

1 / 6
© DTX-nin mətbuat xidməti
Nərimanov rayonunda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasının 100 illik yubileyi qeyd olunub

Tədbirdə çıxış edən DTX veteranları polkovnik Arif Zeynalov, polkovnik İbrahim Şirinov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələlərindən və keçdiyi şərəfli yoldan ətraflı söhbət açıblar. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində DTX-in fəaliyyətinin təkmilləşdirildiyi qeyd olunub.

Veteranlar son dövrlər bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı təhdidlərin artdığını, gənclərimizin müxtəlif radikal qruplaşmalar tərəfindən xarici ölkələrdə baş verən silahlı qarşıdurmalara cəlb edildiyini qeyd edərək, respublikamızın müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyini bildirib, onlara çətin və şərəfli işlərində yeni-yeni nailiyyətlər arzulayıblar.

Yekunda xidmətdə fərqlənmiş Dövlət Təhlükəsizliyi Xidmətinin Nərimanov Rayon İdarəsinin bir sıra əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Əlaqədar

DTX-nın hərbi hissəsində bayram tədbiri keçirilib
Prezident DTX ilə bağlı Fərman imzalayıb
DTX-nın hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SİYAHI
DTX "reketçilikdə" ittiham olunan baş redaktorla bağlı məlumat yayıb
Teqlər:
dövlət, Respublika, DTX, Dövlət Təhlükəsizliyi Xidməti, Nərimanov rayonu

Əsas mövzular