Trampdan tarixi səhv – İşğalı qəbul etdi

© AFP 2023 / BRENDAN SMIALOWSKIABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya Qolan yüksəkliklərinə dair sənədi təqdim edir
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahuya Qolan yüksəkliklərinə dair sənədi təqdim edir - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti İsrailin işğal etdiyi ərazini “onun ərazisi” adlandırdı

BAKI, 25 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb. Sputnik Azərbaycan “Reuters”ə istinadla xəbər verir ki, ABŞ prezidenti sənədə imzanı İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan (solda)  və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçataryan - Sputnik Azərbaycan
QARABAĞ
Azərbaycanın işğal altındakı bölgəsinə gözlənilməz səfər

“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi” - Tramp deyib. Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.

Netanyahu qarşılığında Amerika liderinə minnətdarlığını bildirib: "İsrailin heç vaxt sizin kimi yaxşı dostu olmayıb". O, həmçinin sənədin imzalanma gününü tarixi hadisə adlandırıb.

Daha əvvəl Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınmasının vaxtı gəldiyini demişdi.

Xəbər lenti
0