İlham Əliyev kədərini ifadə etdi: “Həlak olanların ailələrinə başsağlığı verirəm”

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı: “Bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi”

BAKI, 23 mart – Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Prezidenti Bərham Salehə başsağlığı məktubu göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda  deyilir:  

"Hörmətli cənab Prezident,

Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Xəbər lenti
0