05:18 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Ermənistanın ikinci prezidenti Robert Koçaryan

Apellyasiya Məhkəməsi Koçaryana qarşı qərar çıxardı

© Sputnik / Asatur Esayants
XƏBƏRLƏR
Qısa URL
52 0 0

Apellyasiya Məhkəməsinin qərarını bu gün hakim Mqer Arqamanyan elan edib.

BAKI, 18 mart — Sputnik. Yerevanda Apellyasiya Məhkəməsi bu gün keçirdiyi iclasında Ermənistanın ikinci prezidenti Robert Koçaryanı zərərçəkmiş kimi tanımaqdan imtina edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, söhbət Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan və Xüsusi İstintaq Komitəsinin rəhbəri Susan Xaçatryan arasında baş tutan telefon danışığının dinlənilməsi faktı üzrə cinayət işindən gedir.

Apellyasiya Məhkəməsinin qərarını bu gün hakim Mqer Arqamanyan elan edib.

Qeyd edək ki, Vanetsyan və Xaçatryan 8 dəqiqəlik səs yazısında sabiq prezident Rober Koçaryanın həbsini, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Yuri Xaçaturov və sabiq müdafiə naziri Mikael Arutyunyana qarşı cinayət işini müzakirə ediblər.

Əsas mövzular