"Həyət evlərinin sənədləşdirilməsinə başlanıla bilər"

© Sputnik / Rahim ZakirogluŞəhərətrafı yerlərdə həyət evləri 40-100 min manat civarında, mərkəz hissələrdə isə 150-300 min manat civarında dəyişir
Şəhərətrafı yerlərdə həyət evləri 40-100 min manat civarında, mərkəz hissələrdə isə 150-300 min manat civarında dəyişir - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir"

BAKI, 18 mart — Sputnik. "Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək”. Sputnik Azərbaycan xəbər verir ki, iqtisadçı-alim Vüqar Bayramov "Facebook" statusunda belə yazıb.

O qeyd edib ki, hündür mərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanıla bilər: “Qeyd edim ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi. Təkliflər "Əmlak Aministiyası"nı nəzərdə tutur. O baxımdan yaxın zamanda sənədsiz əmlaka aministiya verilməsi məqsədəuyğun olardı”. 

Şamaxı şəhərində zəlzələnin fəsadları - Sputnik Azərbaycan
CƏMİYYƏT
İlham Əliyev: “Bütün qəzalı evlər bərpa ediləcək, ya da yenidən tikiləcək”

İqtisadçı əlavə edib ki, ilkin monitorinqlər Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 min olduğunu göstərir: “Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkünsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin".

"Bizim konsepsiyamızda daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub. Burda söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Mənzil sahiblərinin günahı deyil ki, bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi" – deyə ekspert əlavə edib.

V.Bayramov onu da qeyd edib ki, ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır: "Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça" ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır".

"Ümumilikdə uzun müddət gündəmdə olan sənədsiz həyət evlər probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir. Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər" – deyə ekspert vurğulayıb.

Xəbər lenti
0