CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində istehlakçılar fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq

© Sputnik / Igor Onuchin / Mediabanka keçidYüksəkvoltlu elektrik xətləri, arxiv şəkli
Yüksəkvoltlu elektrik xətləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərişıq" bu dəfə də vəd verdi

BAKI, 15 mart — Sputnik. Novruz bayramı və qeyri-iş günlərində enerji istehlakçılarının, habelə bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması məqsədilə Bakı şəhərində və regionlarda təşkilatı və texniki tədbirlər görülür. Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən bu haqda məlumat verilib. Məlumata görə, martın 19 –dan 27-ə qədər "Azərişıq" ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib.

Bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

Məlumata görə, texniki direktorluğa tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.

Xəbər lenti
0