CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzov: “Yersiz addımlar heç bir nəticə verməyəcək”

© Sputnik / Murad OrujovParlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov - Sputnik Azərbaycan
Abunə olmaq
"Həyata keçirilən işlər, atılan addımlar ötən il Prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir"

BAKI, 15 mart - Sputnik. “Cənab Prezident tərəfindən son aylarda imzalanan sərəncamlar, verilən qərarlar 2019-cu ilin dövlət büdcəsində əvvəlcədən öz əksini tapmışdı. Azərbaycanda həyata keçirilən bütün işlər əhalinin sosial rifah halının yaxşılaması üçündür. İnsanlar da bunu başa düşür və öz prezidentlərini dəstəkləyir, iqtidar-xalq birliyi nümayiş olunur”

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Millət vəkili bildirib ki, həm xaricdə, həm də daxildə olan bəzi qüvvələr görülən işlərə mane olmağa cəhd edirlər: “Bir daha qeyd edirəm ki, həyata keçirilən işlər, atılan addımlar ötən il Prezident seçkilərindən sonra həyata keçirilən islahatların nəticəsidir. Bəzi ölkələr Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edirlər. Bu yersizdir. Onların cəhdləri heç bir nəticə verməyəcək”.

Xəbər lenti
0